Bakıda işıqforın yaxınlığından keçən piyadanı avtomobil vurub.
Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib.
Balaxanı qəsəbəsinə giriş-çıxış yolundakı işıqforun yaxınlığından keçən 1981-ci il təvəllüdlü Nəcəfov Məhəbbət Naziməli oğlunu avtomobil vurub. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinə məlumat verilib.
A.M.