Bakının Azadlıq prospektində təhlükəli manevr edən sürücü kameraya düşüb.
Oxu.Az xəbər verir ki, onun görüntüsü oxuculardan biri tərəfindən Avtosfer.az saytına göndərilib.
Həmin yerdə yola daxil olan 90-LP-949 qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü əsas yolda hərəkət edən nəqliyyat vasitələrinə yol vermək əvəzinə, əlini çölə çıxararaq sürəti artırıb və digər avtomobillərə qəza şəraiti yaradıb.
Həmin görüntüləri təqdim edirik:
İ.N.