Argentina rəssamları Marianela Perelli və Pul Paolini “Barbi, plastik din” (Barbie, The Plastic Religion) adı altında sərgi hazırlayırlar. Ekspozisiyaya, müxtəlif – katolizm, bütpərəstlik, iudaizm və islam dini konfensiyalarını təsvir edən 33 fiqur daxildir (Münaqişənin yaranmaması üçün yalnız Məhəmməd peyğəmbərə toxunmayıblar). Sərgi 11 oktyabr Buenos-Ayresdə açılacaq. Amma artıq mətbuatda rezonans doğurub. Rəssamlar bir çox ölkələrdən dini fiqurların düzəldilməsinə dair sifarişlər alırlar.
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin