ABŞ Prezidenti Co Bayden İllinoysda çıxışı zamanı bir sıra səhvlərə yol verib. Bununla bağlı kadrlar sosial şəbəkələrdə yayılıb.
O, əvvəlcə Çikaqonun qadın bələdiyyə başçısı Lori Laytfutu “cənab” adlandırıb.
“Dünən axşam televiziyada idim, televiziyada idim, təcili yardım idarəsindən bir nəfərlə telefonda danışdım”, - deyə o, xatırlayıb.
Sosial şəbəkə istifadəçiləri qısa bir çıxışda bu qədər səhvə öz təəccüblərini bildiriblər.