Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Şarja şəhərində yaşayan Huda al-Matruşi ölkənin ilk qadın avtomobil mexaniki kimi öz emalatxanasını açıb. Bu münasibətlə Əbu-Dabinin vəliəhdi Məhəmməd bin Zayed əl-Nahyan onu təbrik edib.
TASS-ın məlumatına görə, bu barədə qadın özünün “Instagram” hesabında görüntülər paylaşıb.
Kadrlardan görünür ki, vəliəhd şahzadə maşınının xarab olduğunu deyir. Cavabında 36 yaşlı əl-Matruşi 16 ildir avtomobil təmiri ilə məşğul olmasına baxmayaraq, əvvəllər buna peşə yox, hobbi kimi baxdığını deyir.
“Mən bu işi sevirəm və 16 il öncə avtomobil təmirinə başlamışam. Ancaq emalatxananı indi açmışam”, - deyə o, vurğulayıb.
“Biz fəxr edirik ki, ölkəmizdə belə möhtəşəm insanlar var və sizi dəstəkləyirik”, - deyə əl-Nahayan bildirib.
Görüntülər az müddətdə 120 mindən çox baxış toplayıb.
Посмотреть эту публикацию в Instagram"Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ)" teqi üzrə xəbərlər
- BƏƏ İran gəmilərinə qadağa qoydu
- "Flydubai" təyyarəsindəki insidentin pərdəarxası: İkinci pilotla bağlı yeni detallar
- "Flydubai" kapitanına hücumun təfərrüatı: İkinci pilot ibadət etmək bəhanəsi ilə yerindən qalxıbmış
- "Flydubai"nin ikinci pilotundan şokedici etiraf: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş
- "Flydubai" təyyarəsindəki dəhşətli anların şahidi: "Pilot deyirdi ki, məni öldürün"
Digər xəbərlər