Arzularında olan kişini cəlb etmək üçün yol kənarında palçıq gölməçəsində demək olar ki, çılpaq oturan qadın. Dəhşətli səslənir elə deyilmi? Bu, Rusiya tanışlıq saytlarında verilən qəribə fotolardan biridir. Üzünü qarpıza basmış qızın şəkli də digərlərindən çox seçilir.
Orijinal foto üçün bəzən insanlar nəyə desən qadirdirlər.
Amma bir şeyi də düşünün ki, belə kreativ şəkillər potensial sevgililəri qaçırda da bilər.
Ədalət naminə demək lazımdır ki, güclü cins də kənarda qalmayıb. Məsələn, ağzında çiçək, əynində isə yalnız qalstuk və maskarad şlyapası olan rus Kazanovanın şəkli nəyə desən dəyər.
Oxu.Az The Mirror-a istinadən oxuculara tanışlıq saytlarında yerləşdirilən ən dəhşətli şəkillərin fotoqalereyasını təqdim edir.
Aliyə İsmayılzadə
www.oxu.az