Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Berbokla Şoltsun görüntüləri sosial şəbəkələrdə memə çevrildi
Almaniya Kansleri Olaf Şolts Kiyevə üç milyard avro ayırmanı blokladıqdan sonra Almaniyanın xarici işlər naziri Annalena Berbok nümayişkaranə şəkildə iclası tərk edib.
Oxu.Az-ın verdiyi məlumata görə, "Bild" qəzeti bununla bağlı görüntülər yayıb.
Kadrlarda kanslerin öz nazirini dayandırmağa çalışdığı anın şəkli əks olunub.
Bildirilir ki, Almaniyanın Xarici İşlər və Müdafiə nazirlikləri bir neçə ay ərzində Kiyevə yeni maliyyə yardımı paketinin ayrılması üçün sənədlərin hazırlanması üzərində işləyiblər. Lakin bütün bunların əbəs olduğu məlum olub.
Münaqişənin şahidləri təkcə digər alman siyasətçiləri deyil, həm də jurnalistlər olub.
Nəşrdə vurğulanır ki, Berbokun Şoltsla münasibətləri son dərəcə pisdir.
Qeyd edək ki, sosial şəbəkələrdə xarici işlər nazirini dayandırmağa çalışan Almaniya kanslerinin fotosu lağa qoyulur, çoxsaylı memlər hazırlanıb.
Bunlardan ən məşhur olanı isə Vatikanda, Sikstin kapellasında yerləşən Mikelancelo Buonarottinin "Adəmin yaradılışı" (La creazione di Adamo) əsərindən ilhamlanıb.
"Annalena Berbok" teqi üzrə xəbərlər
- Berbokun BMT-nin Baş Assambleyasının sədrliyinə namizədliyini həyasızlıq adlandırdılar
- Berbok: "Gözləyə bilmərik, vəziyyət ciddidir"
- Almaniyanın xarici işlər naziri: "Keçmişdə seksual hərəkətlərə məruz qalmışam"
- Avropa İttifaqı Ukrayna üçün 700 milyard avroluq yardım paketi hazırlayır
- Almaniyanın ən böyük düşməni bəlli oldu