Bərdə rayonunda iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.
Oxu.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.
İrigövdəli ağaca çırpılan “90-HS-317” dövlət qeydiyyat nişanlı “VAZ-2107” markalı avtomobildə sürücü və sərnişin ölüb. Onların şəxsiyyəti hələlik məlum deyil.
Faktla bağlı rayon polisində araşdırma aparılır.
A.M.
www.oxu.az