Bərdədə yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, prospektdə "Mercedes" markalı avtomobillə "Niva" markalı nəqliyyat vasitəsi toqquşub.
Qəza nəticəsində "Mercedes"in sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.
A.M.