Bərdə rayonunun Gərənə kəndi ərazisində ağır-yol nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın xəbərinə görə, yanacaq daşıyan teplovozla “Patron” günəbaxan tumu aparan “Hyundai” markalı yük avtomobili toqquşub.
Qəza nəticəsində xəsarət alan yoxdur.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
www.oxu.az