Dekorçu Zeynep Fadıllıoğlu həyat yoldaşı Metin Fadıllıoğlu ilə birlikdə Böyükdərədə yaşadığı tarixi əsər statusu daşıyan evinin qapılarını “Hello” dərgisinin üzünə açıb.
Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, cütlüyün 100 illik evi iki ayrı binadan ibarətdir. Zeynep Fadıllıoğlu 1983-cü ildə köçdüyü evi Osmanlı mədəniyyətindən ilhamlanaraq təmir etdirib.
Zeynep xanım “Evin dizaynı üzərində 7-8 il çalışdım. Qapıların üzərində bayburtlu ustalar əllə işləyiblər. 800 kvadratmetrlik yaşayış sahəsi yaratmşam”.
Aytən Sadıqzadə
www.oxu.az