Böyük Britaniyada müsəlman gəlinciyin satışına başlanılıb, bunu The Lancashire Telegraph məlumat verib. Dini normalara əməl etmək niyyəti ilə oyuncağın üzü yoxdur, başı isə hicabla örtülüb. Gəlinciyin qiyməti 25 funtdur (təxminən 40 dollar).
Gəlinciyin müəllifi müsəlman məktəbinin müəlliməsi Ridvanadır (Ridhwana), onun soyadı dəqiqləşdirilmir. Qadının dediyinə görə, oyuncağın yaradılmasına onu bir neçə valideyn ilə gəlinciklərin çox cazibədar və rəngli üzləri barədə danışıqlar sövq edib. O qeyd edib ki, çox az sayda müsəlman oyuncağı mövcuddur.
Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, gələcəkdə Ridvana uşaqların dini tərbiyəsinə həsr edilmiş kitabın yazılması ilə məşğul olmağı planlayır.
“Üz cizgilərinin heç birinin əks olunmamasına dair dini norma mövcuddur. Bu həm də şəkillərə, heykəltəraşlığa və əsasən də gəlinciklərə aiddir”, - Ridvana bəyan edib.
Qeyd edilir ki, Böyük Britaniya bazarı üçün Çində istehsal edilən oyuncaq, şəriət normalarına tamamən uyğundur.

