Almaniya ilə oyunda darmadağın edilmiş Braziliya futbolçularının azarkeşlərini tam xarakterizə edən fotonu görmək istəyirsinizsə bu kişinin fotolarına baxın.
Oxu.Az xarici KİV istinadən xəbər verir ki, bu kadrlar bütün dünyanı gəzib –göz yaşlarını boğa bilməyən iri bığlı, yaşlı braziliyalı futbol kubokunu qucaqlayıb.
Amma sonra nə olduğunu çox az adam bilir.
Şahidlərin sözlərinə görə o kuboku alman azarkeşlərinə “Bunu finala götürün! Görürüsünüz ki, bu mənim üçün asan deyil, amma siz ona layiqsiniz. Təbrik edirəm”, - deyib.
Düşünürük ki, onun bu hərəkəti və sözləri hörmətə layiqdir.