Teleaparıcı və fotomodel Ülviyyə Xəlilbəyli yeni fotosessiya etdirib.
Oxu.Az AzVision.az-a istinadla xəbər verir ki, Ülviyyə Xəlilbəyli 26 iyul 1990-cı ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını bitirib. İxtisası interyer üzrə dizaynerdir. 2011-ci ildən televiziya sahəsində çalışıb. Əvvəl AzTv-də diktor kimi fəaliyyət göstərib, sonra MuzTV-də işləyib, daha sonra isə Lider-də “Stil” verilişinin aparıcısı olub.
Bundan başqa, “Mix” maqazin verilişində də aparıcılıq edən Ülviyyə seriallara da dəvət alıb. Aktrisalıq barədə hələ düşünür. Hobbisi fotomodel kimi çıxış etməkdir.