Bu gün bəşər tarixi müasir texnologiyaların inkişafında əlamətdar bir günü qeyd edir.
Oxu.Az xəbər verir ki, 4 aprel 2014-cü ildə mobil telefonun düz 41 yaşı tamam oldu. Zaman necə də tez ötüb keçir.
- Martin Kuper (Martin Cooper) əlində naqilsiz telefon tutub.
- Motorolla DynaTAC.2 1973-cü ildə mobil telefondan ilk zəng olub.
- Aktrisa Hedi Lamarr (Hedy Lamarr) 1942-ci ildə patentləşdirilmiş, mobil əlaqə üçün təməl olan texnologiyanın həmmüəllifi oldu.
- 1983-cü ildə “General Electric” şirkəti avtomobil telefonunun quraşdırılması üzrə xidmətlər təklif edib. O zamanlar bu, 2500 dollara başa gəlirdi.
- Londonda ilk mobil telefon versiyalarından istifadə edən adam. 1988-ci il.
“Zənglə qurtarılanlar” serialında Prodakt pleysment, 1990.
- Motoroladan MicroTAC adlı model nikel-kadmium batareyalı və 80-ci illərin sonunda ilk telefonlardan idi.
- ABŞ-da prezidentliyə namizəd Bill Klinton Bostonun meri ilə mobil telefonla danışır. 1992-ci il.
Fakslı ilk portativ Simon telefonu. 1994-cü ildə Hyustonda təqdimatı olub. Mobil ofis o zaman 899 dollara idi.
- 1996-cı ildə SatrTAC cəmi 93 qram idi və “qatlanan” telefonların prototipi oldu.
- 1997-ci il. Philips şirkəti yalnız zəng etməyin deyil, eləcə də faksdan istifadə etmək, elektron poçtu yoxlamaq və internetə giriş imkanları olan Synergy smartfonunu istehsal etdi.
- Treo 180 – bütün standart funksiyaları olan ilk PCK (personal cib kompüterləri) oldu. Model 2001-ci ildə təqdim edilsə də satışa bir il sonra çıxardıldı.
- T-Mobile Sidekick (yuxarıda) və Nokia 6800 (aşağıda) Nyu-Yorkda sərgidə, 2003-cü il. Bu qacetlər yazılı mesajları asanlıqla yığmağa imkan verirdilər, üstəlik PCK bütün funksiyalarına malik idilər.
- Palm Treo 700W modeli 2006-cı ilin ən populyar modeli oldu. Bütün əvvəlki funksiyalarla yanaşı bir neçə dənə də əlavə yeni funksiya. Və kompaktlığı unutmayın.
- Blackberry telefonu krekberri təxəllüsünü alır, çünki narkoman və dillerlər arasında böyük rəğbət qazanır. Əvvəlki modelin birbaşa rəqibi.
- Yastı və nazik telefonlar 2006-cı ildə Motorollanın RAZR seriyasının istehsalından sonra başladı.
- Stiv Cobs beş il müddətinə bütün planetdə yüz milyonlarla insanın ağlını alan, əşyanı nümayiş etdirir, 2007-ci il.
- Bir il sonra Google ilk smartfonu Google Nexus One (solda) istehsal edir. Sağda onun əsas rəqibi Apple-dir.
Texnologiyalar bir dəqiqə belə inkişaf etməkdən geri qalmır. Maraqlıdır, görəsən mobil telefonun yarıməsrlik yubileyində nəyi müzakirə edəcəyik?
Elvin Əhmədov
www.oxu.az