Bu gündən etibarən Binəqədi rayonu İbrahimpaşa Dadaşov küçəsində nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.
“Azəravtoyol” ASC-dən Oxu.Az-a verilən məlumata görə, sürücülərdən aparılan təmir işlərini nəzərə alaraq həmin istiqamətlərdə sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
10:01
Bu gün saat 11:00-dan axşam saatlarınadək Səbail rayonu Bayıl dairəsi - Bibiheybət yolu, həmçinin Heydər Əliyev prospektinin Böyük Şor və Sabunçu yol qovşaqlarında nəqliyyat vasitələrinin hərəkəti rənglənmə işlərinin aparıldığı zolaqlar üzrə hissə-hissə qismən və ya tam məhdudlaşdırılacaq.
Oxu.Az xəbər verir ki, bu barədə “Azəravtoyol” ASC məlumat yayıb.
Sürücülərin alternativ yollarla hərəkət etmələri tövsiyə olunur.
A.M.