Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Bu il kişilər nə geyinəcək? – FOTO
2017-ci ilin bitməsindən artıq bir ay ötür. 2018-ci il daha ümidli və yeniliklərlə dolu bir il ola bilər. Yenilik demişkən, buna tərzinizdən başlaya bilərsiniz.
Qarderobunuzda dəyişiklik olsun deyə, Oxu.Az bəzi geyimlərlə bağlı ip uclarını təqdim edir:
Üzüklər
Aksessuar istifadə etmək istəyirsiniz və çəkinirsinizsə, buna kiçik addımlarla başlaya bilərsiniz. Bəlkə də, yaz aylarında qolbağlarla tərzinizi parladıb, qışda da eynisi ilə davam edə bilərsiniz. Özəlliklə də, kiçik üzüklərdən istifadə etmək məqsədəuyğundur. Gümüşü, boz, qara və tünd rənglərə, daha maskulen dizaynlı aksessuarlara üstünlük vermək daha yaxşı olar.
İdman geyimləri
Bir neçə mövsümdür idman geyiminin hər model paltarlara nüfuz etməsi bu il də öz balansını qoruyur. Fərqli materiallardan hazırlanan bu geyimlər cibləri, kapişonları ilə klassik geyimlərinizə rəng qatacaq.
İdman ayaqqabıları
90-cı illərin küləyi bu il idman ayaqqabılarında özünü göstərəcək. Xəfif qaba, ütü formasında olan, aşağıya doğru dabanı genişlənən idman ayaqqabı modellərini bir çox kişinin ayağında görə biləcəyik.
Qalın xətli geyimlər
İtaliya brendləri ənənəvi tərzlərini qorumağa davam edərkən yeni parça texnologiyalarını da mənimsəyirlər. Bu il bir çox markanın qalın xətli parçaları diqqət çəkəcək.
Cins şalvarlar
Slim fit kəsimlər, panelli, fərqli cins materialları və simmetrik olmayan parçalarla birləşdirilən şalvar modelləri bu il dəbdə olacaq.
Dəri çantalar
Nyu-York gəncliyindən ilhamlanaraq dizayn edilən “Supreme” çantalar küçə mədəniyyətinin ən üst səviyyəli örnəyidir. Klassikləşən qırmızı dəri bel çantaları bu il “Supreme” loqosu ilə birləşərək küçələri bəzəyəcək
Şörlinq gödəkçələr
Qışın ən soyuq günlərində dəbli görünmək üçün hər kişinin qarderobunda mütləq qoyun yunundan olan bir şörlinq gödəkçə (ilk dəfə qırxılan qoyununun yunu) olmalıdır. Yeni nəsil şörlinq gödəkçələr fərqli rəngləri və çöl hissəsində olab cibləri ilə fərqlənir. 1940-cı illəri xatırladan bu gödəkçələr 2018 dəbinin vazkeçilməzlərindəndir.
Pərviz Hüseyn
www.oxu.az
"İtaliya" teqi üzrə xəbərlər
- İlaira Katastini: "Azərbaycanda insanlar enerji keçidinin əhəmiyyətini dərindən dərk edirlər"
- İtaliyada heyvanları yolda atıb gedənlərə sərt cəza veriləcək
- İtaliyada lentlə yapışdırılan banan əsəri fantastik qiymətə satıldı
- Kiyevdə hava hücumu təhlükəsi: Şəhərdəki səfirliklər bağlanır
- Bələdçilərin "növbəti səfərinizə saxlamayın" dediyi kənddən REPORTAJ