Çində 367 ailənin yaşadığı Jiangjin kəndində ən böyüyü 89 yaşında, ən kiçiyi isə 9 aylıq olmaqla 39 cüt əkiz var.
Oxu.Az xəbər verir ki, bu barədə “Chinanews” məlumat yayıb.
Bu səbəblə Jiangjin “Əkizlər kəndi” adlandırılır.
Maraqlı və bir az da gülməli olanı odur ki, bu kənddəki toyuqlar da cüt sarılı yumurtlayır.
Kənddə yaşayanlar bütün bunların səbəbini bilmirlər.
Həkimlər isə bu vəziyyəti keçmişdə doğa bilməyən qadınların hazırda daha yaxşı şərtlərdə müalicə almasına bağlayır.
Çin mədəniyyətində əkizlərin yaxşı şans və zənginlik gətirdiyinə inanılır.
“Əkizlər kəndi”nin sakinlərinin fotolarını təqdim edirik:
Aytən Sadıqzadə
www.oxu.az