İlon Maskın “SpaceX” şirkəti 60 “Starlink” (bütün dünya üzərə pulsuz interneti təmin edəcək kiçik peyklər) mikropeykini daşıyacaq “Falcon 9” raketinin uçuşunu startdan 1,24 dəqiqə əvvəl ləğv edib.
Bu barədə şirkətin “Twitter” hesabında bildirilir.
Auto-abort at T-1:24 ahead of tonight's Falcon 9 launch of Starlink; next launch opportunity is tomorrow, March 1 at 8:15 p.m. EST
— SpaceX (@SpaceX) March 1, 2021
“Bundan sonrakı buraxılış martın 1-də olacaq”, - deyə məlumat verilib.
Uçuşun ləğv edilməsinin səbəbləri barədə məlumat verilməyib.
“Falcon 9” Floridadakı Kennedi Kosmik Mərkəzindən havaya qalxmalı idi.