Amerikanın “Lifetime” telekanalı “Vəhşi təbiətdə doğuş” (“Born in the Wild”) adlı yeni realiti-şou layihəsi hazırlayır.
Oxu.Az Türkiyənin “sozcu.com.tr” saytına istinadla xəbər verir ki, layihəni ərsəyə gətirənlər qadının tropik meşədə doğuş prosesinin YouTube kanalında yerləşdirilən videosuna 20 milyondan çox baxışın olmasından sonra belə qərara gəliblər.
Layihənin şərtlərinə görə doğuş prosesində həkim köməyindən istifadə olunmayacaq, sadəcə ən çətin anda çəkiliş qrupu yardım edə biləcək. Bu layihədə birinci dəfə doğuş keçirən qadınlar iştirak etməyəcək.
Çərşənbə günü Amerikanın “Lifetime” telekanalında “Vəhşi təbiətdə doğuş” adlı veriliş olacağı barədə məlumat yayılandan sonra ölkə KİV-i bu layihəni tənqid edib. Layihənin əleyhdarları deyib ki, realiti-şou uşaqların və anaların həyatı üçün təhlükəlidir.
Amma layihə müəlliflərindən biri Eli Lehrerin sözlərinə görə, layihədə ananın və uşağın həyatı hərtərəfli qorunacaq və orada qorxulu heç nə yoxdur.
Aytən Sadıqzadə
www.oxu.az