Azərbaycanda külli miqdarda narkotik vasitə aşkarlanıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, əməliyyat Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilib.
Əməliyyat zamanı Cəlilabad rayonunun Şükürlü kəndinin ərazisindən 5 kiloqram tiryək tapılıb. Toplanmış materiallar Cəlilabad rayon polis şöbəsinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.