Bu gün Qafqaz Müsəlmanları İdarəsinin sədri (QMİ) Şeyxülislam Allahşükür Paşazadə QMİ-nin nəzdində təkmilləşdirmə kurslarının ilkin mərhələsinin yekunları ilə bağlı tədbirdə çıxışı zamanı Ukraynada baş verənlərə münasibət bildirib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, A.Paşazadənin qeyd etdiyinə görə, bu gün Ukraynada xristian xristianı qırır:
“Bu, arzuolunmaz haldır”.
Şeyx eyni halın müsəlman aləmində də baş verməsindən danışaraq, bunu Azərbaycanda təkrarlamaq istəyənlərə mesaj verib:
“Bunu Azərbaycanda təkrarlamağa cəhd edənlər bilsinlər ki, bu niyyət burada kök sala bilməz. Azərbaycanda qarşıdurma yaratmaq istəyənlər arzularına çatmayacaqlar. Buna əmin olsunlar. Çünki Azərbaycanda buna imkan yoxdur. Nurçuluq, təfkirçilik, sələfilik və digər istənilən təriqət radikallıqla məşğul olacaqlarsa, yerindəcə qarşısı alınacaq”.