Yerli KİV xəbər verir ki, Yeni ilin qeyd edilməsinə bu hadisənin heç bir aidiyyatı yoxdur. 35 yaşlı tərk edilmiş qadın keçmiş sevgilisi ona qapını açmadığına görə evə girmək üçün belə qeyri-adi yolu seçib.
Əvvəlcə kişi tək başına qadını xilas etməyə çalışıb. Bunun üçün o evin damına çıxıb, amma buna nail olmayıb, belə ki, qadın 2 metr dərinliyə dalaraq orada ilişib qalıb. O zaman villanın sahibi xilasetmə xidmətinə zəng etməli olub. Amma peşəkarlar da qadını asanlıqla xilas edə bilməyiblər.
Xilasetmə əməliyyatı iki saatdan artıq çəkib və yalnız kərpicdən olan istilik sobasını sökdükdən sonra qadını xilas etmək mümkün olub. Xilas edilən qadın xəstəxanaya çatdırılıb, ona tibbi yardım göstərilib. O, hospitalda bahalı paltarını külə batırmaq istəmədiyi üçün soyunduğunu deyib.