Çinin Wang Rong Rollin adlı qızlardan ibarət musiqili qrupunun çəkdirdiyi klip internetdə böyük populyarlıq qazanıb.
Oxu.Az xəbər verir ki, videoda qızlar ağ toyuq kostyumlarında rəqs edərək, Chick Chick mahnısını oxuyurlar.
Çinli qızlar öz kliplərində toyuqların qaqqıltısı ilə bu səsin insan tərəfindən bənzədilməsini birləşdiriblər.
İnternet istifadəçiləri bu çarxı Ylvis What Does The Fox Say klipi və YouTube-un ən populyar çarxı olan cənubi koreyalı müğənni PSY Gangnam Style ilə müqayisə edirlər.
Yerli YouTube kanalında yayılan klipə iki ay müddətində 11 milyondan çox baxış olub. Bundan başqa klip digər kanallarda da verilib və həmin kanallarda da baxış sayı milyonu keçib.