İngiltərədə kameraya düşən ruh görüntüləri Qloster sakinlərini təşvişə salıb.
Oxu.Az Publika.az-a istinadən xəbər verir ki, hadisə yaşayış evlərinin birinin dəhlizində quraşdırılmış videokamerada qeydə alınıb.
Dəhlizlə evinə gedən bir kişi qəfildən dumana bənzər ruhun hücumuna məruz qalır. Ruh onun ayaqlarından tutaraq yerlə sürüyür.
Lakin kişi qaçaraq kabusdan xilas olur.
Videonun saxta, yaxud həqiqi olub-olmaması son günlər Qloster əhalisi arasında qızğın müzakirələrə səbəb olub.