Avstriyada keçiriləcək “Eurovision 2015” Mahnı Müsabiqəsindən iki ölkə imtina edib.
Oxu.Az AzVision.az-a istinadən xəbər verir ki, Çexiya 2015-ci ildə keçiriləcək müsabiqədə iştirak etməyəcək.
Ötən gün isə cırtdan ölkə olan Lixtenşteyn müsabiqədə iştirak etməyəcəyini bildirmişdi.
Qeyd edək ki, bu günə qədər Portuqaliya, Yunanıstan, Makedoniya, Avstriya, Kipr, Malta, İsveçrə, İsveç, İslandiya, Norveç, Danimarka, İrlandiya, Almaniya, Finlandiya, Hollandiya, Litva, Belçika, Estoniya, Çernoqoriya və Belarus müsabiqədə iştirakını təsdiq etmişdi.
Bildirək ki, “Eurovision 2015” Mahnı Müsabiqəsi mayın 19, 21 və 23-də keçiriləcək.