Dünən Azərbaycanda baş vermiş yol qəzalarında 3 nəfər həyatını itirib.
Oxu.Az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən lent.az-a bildirilib ki, şənbə günü Respublika yollarında ümumilikdə 13 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə daha 12 nəfər də müxtəlif dərəcəli xəsarətlər alıb. Ölümlə nəticələnən qəzalar Ağstafa, Şəmkir və Salyan rayonlarında qeydə alınıb. Hər bir faktla bağlı araşdırma aparılır.
A.M.