İdmançıların adətən qəbul etdikləri yüksək karbohidrogenli pəhriz qidaları, məşqlər və yarışlar zamanı içdikləri yüksək turşuluq miqdarı olan içkilər dişlərin sağlamlığına mənfi təsir göstərir. Məşqlər zamanı ağızdakı quruluq hissi vəziyyəti daya da pisləşdirir.
Oxu.Az-ın Milli.Az- saytına istinadən məlumatına görə, dişlərində problemlər olan idmançılar adətən yuxu pozğunluğundan əziyyət çəkirlər. Qida qəbulu zamanı yaranan problemləri də bura əlavə etmək olar. Xarab dişlər isə öz növbəsində idmançıların özünə əminlik hissini azaldır. Bu da yarışın nəticələrinə təsir göstərməyə bilməz.
Böyük Britaniya və ABŞ-dan olan mütəxəssislər 39 peşəkar və elit idman növünə aid olan məlumatları araşdırıblar. Məlum olub ki, sağlam olmayan dişlər idmançılar arasında nadir hadisə deyil. Tədqiqata cəlb edilmiş idmançılarda ən çox yayılan problem karies (15-75%), diş əti xəstəlikləri (15%), diş minasının eroziyası (36-85%) və perokoronitdir (5-39%).
Alimlərin sözlərinə görə, idmançıların çoxu anlamır ki, dişə qayğı göstərilməsi nə qədər vacibdir.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin