Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Donald Trampın 220 minlik avtomobili milyon dollara satıldı - FOTO
Əvvəllər ABŞ-nin keçmiş prezidenti Donald Trampa məxsus olmuş nadir “Lamborghini Diablo VT Roadster” avtomobili yanvarın 28-də Arizona ştatının Skotsdeyl şəhərində başa çatan Barrett-Cekson hərracında satılıb.
Məlumata görə, satışın məbləği 1,1 milyon dollar təşkil edib.
Hərçənd, mütəxəssisləri əvvəlcə bu avtomobili 220 min dollar qiymətləndiriblər.
Avtomobil 1997-ci ildə sifarişlə istehsal olunub. Onun kuzovunda “Donald Trump 1997 Diablo” yazısı olan xüsusi lövhə var.
Sportkarın kapotunun altında beşpilləli sürət qutusu və tam ötürücü sistemi ilə birlikdə 492 at gücü hasil edən 5,7 litrlik V12 mühərriki var. Avtomobil 100 km/saat həddinə 4,1 saniyəyə çatır və maksimal sürəti 325 km/saatdır.
Mənbə: championat.com
"Donald Tramp" teqi üzrə xəbərlər
- NATO parçalana bilər: Avropada Trampın hərəkətləri ilə bağlı təşviş başlayıb
- ABŞ-nin Dövlət Departamenti iqlim danışıqlarına nəzarət edən büronu ləğv edəcək
- Tramp: "Ukraynada münaqişənin həlli ilə bağlı növbəti bir neçə gün çox vacib olacaq"
- Trampdan şok sözlər: "Rusiya böyük güzəştə gedib, bütün Ukrayna ərazisinə iddia etmir"
- Tramp 1915-ci il hadisələri barədə "soyqırımı" sözündən istifadə etmədi