“Avtomobil dəbdəbə yox, nəqliyyat vasitəsidir” kimi aforizm dünyanın ən bahalı avtomobillərinə aid deyil.
Bu avtomobillər dəbdəbə, sahibin zövq və maddi vəziyyətinin göstəricisidir. Hər il konsernlər avtomobil həvəskarlarına təkmilləşdirilmiş dizaynlı avtomobillərlə gələcəyə baxışa imkan yaradır.
Beləliklə, 2014-cü ildə hansı modellər cibə uyğun deyil?
Oxu.Az oxuculara beş ən bahalı maşının siyahısını təqdim edir:
1. Porsche 918 Spyder






İstehsalatçı ölkə: Almaniya
Başlanğıc qiyməti: 845 min dollar.
Yığdığı sürət: 100km/saat 2,6 saniyəyə
Mühərrik 887 güclü, 4,6 litrlik V8 iki elektromühərrik
2012-ci ildə şirkətə bu “hipercar” üçün mindən artıq sifariş daxil olub, amma potensial alıcılar məyus oldular, çünki maşın hamıya deyil, yalnız 918 nəfər bəxtəvərə qismət olacaq.
Modelin Avropada satışı 2013-cü ildə start alıb, buna görə də “rodster”in bəxtəvər sahibləri haqqında nə isə demək hələ ki, tezdir. Amerikalılar isə alman mükəmməlliyinə yalnız 2014-cü ildə toxuna biliblər.
2. Hennessey Venom GT




İstehsalatçı ölkə: ABŞ
Başlanğıc qiyməti: 1,2 milyon dollar.
Yığdığı sürət: 100km/saat 2,7 saniyəyə
Mühərrik 1244 güclü, 7,0 litrlik tvin-turbo V8
Rəsmi olaraq bu dünyada ən tez sürət yığan “sportcar”-dır. Bu ada şəxsən Ginnes rekordlar kitabı tərəfindən layiq görülüb.
2013-cü ildə 11 model öz xoşbəxt sahibini tapıb, onlardan yalnız 5-i ştatların hüdudları daxilində qalıb. İstehsalatçı Avropa, Rusiya, Asiya, Avstraliya və Yaxın Şərqdən olan sürətsevərlər üçün yalnız 29 belə avtomobil istehsal etməyi planlayır. “Hipercar”-ın illik istehsalı məhduddur – ildə cəmi 10 maşın.
3. Bugatti Veyron 16.4 Grand Sport Vitesse






İstehsalatçı ölkə: Fransa
Başlanğıc qiyməti: 2,5 milyon dollar.
Yığdığı sürət: 100km/saat 2,6 saniyəyə
Maksimal sürət 410 km/s (elektron məhdudlaşdırıcı 375km/s)
Mühərrik 1200 güclü, 8 litrlik, 16 silindrlik
Fransızların sözlərinə görə, bu onların Veyron rodsterinin ən sürətli versiyasıdır.
Şirkət bu maşının 450 müxtəlif variasiyasını satmaq istəyir, 2013-cü ilin sonunda 400 “supercar” satılıb. Beləliklə, sizin hələ də son 50 maşından birinə sahib olma şansınız var – sadəcə pul olsun.
4. Lamborghini Veneno Roadster





İstehsalatçı ölkə: İtaliya
Başlanğıc qiyməti: 3,12 milyon avro.
Yığdığı sürət: 100km/saat 2,9 saniyəyə
Maksimal sürət 355 km/s
Mühərrik 750 güclü, 6,5 litrlik, 12 silindrlik
“Supercar”-ların italyan istehsalçısı Lamborghini öz əlli illiyini qeyd etmək üçün 2013-2014-cü ilin ən bahalı maşınını ərsəyə gətirərək qeyd etməyi qərara alıb. İlkin olaraq bu “rodster”in yalnız 9 ədədini satmaq qərara alınmışdı. Hərəsi italyan dövlət bayrağının bir rəngində olmaqla yalnız üç model uyğun gəlib. Hər üçü təbii ki, artıq alınıb, ikincisini yanvarda bəxtəvər sahibinə, Mayamiyə çatdırıblar. Üçüncüsünün taleyi hələ ki, məlum deyil.
5. Koenigsegg Agera S






İstehsalatçı ölkə: İsveçrə
Başlanğıc qiyməti: 4,2 milyon dollar.
Yığdığı sürət: 100km/saat 2,9 saniyəyə
Mühərrik 1030 güclü, 5 litrlik tvin-turbo V8
Məntiqi ardıcıllıq isveç “supercar” atelyedən 2013-də 2014-ün modeli kimi Agera R modelinin təqdimatı oldu. Koenigsegg avtokonserninin tarixində yüzüncü olan bu avtonun nümunəsi ilk dəfə o zaman olub. Yalnız yeganə nümunə öz sahibini tapıb – bu sinqapurlu bu maşın üçün 4,2 milyon dollarından keçib. (Kimuracars.com)