Dünyanın ən qlamur nənəsi sayılan Zaklina Berrido Pisano “Instagram” səhifəsindəki paylaşımları ilə marağa səbəb olub.
Oxu.Az xəbər verir ki, Serbiyada yaşayan 48 yaşlı qadının 2 övladı və 2 nəvəsi var.
Fotoları ilə hər kəsin diqqətini cəlb etməyi bacaran Zaklinanı sosial mediadan 420 min insan izləyir.
Hazırda sosial şəbəkədə brend geyimlərin reklamı ilə məşğul olan nənəyə heç kim 30-dan çox yaş verə bilmir.
Pərviz Hüseyn
www.oxu.az