Forbes jurnalı ən gözəl siyahını – dünyanın ən bahalı modellərinin siyahısını tərtib edib.
Oxu.Az Gazeta.ru-ya istinadən xəbər verir ki, siyahıda gözlənilməz heç nə yoxdur: siyahıya əvvəlki kimi braziliyalı Jizel Bundhen başçılıq edir, o artıq 12 ildir ki, 1-ci yerdədir. İl ərzində Jizel 47 milyon dollar qazanıb. Siyahıya düşən digər modellərin gəliri bir qədər azdır.

Reytinqdə birinci yer, 2002-ci ildən reytinqə başçılıq edən 34 yaşlı, braziliyalı Jizel Bundhenə məxsus olub. 2014-cü ildə o, H&M, Chanel, Carolina Herrera, Pantene və Oral-B məhsullarının reklamından, eləcə də şəxsi sandal və iç çamaşırı xəttinin satışından 47 milyon dollar qazanıb.

Holland foto-modeli Dautsen Krus son ildə 8 milyon dollar qazanıb. Model L'Oreal, Victorias Secret, H&M, Emilio Pucci və Miu Miu kimi tanınmış brendlərlə çalışır.

Braziliyalı Adriana Lima son ildə 8 milyon dollar qazanıb. Lima Victorias Secret, Maybelline və Desigual kimi markalarla çalışır.

Britaniyalı Keyt Moss, 7 milyon dollar.

Amerikalı Keyt Apton, 7 milyon dollar.

Avstraliyalı Miranda Kerr, 7 milyon dollar.

Çinli Liu Ven, 7 milyon dollar.

Braziliyalı Alessandra Ambrosio, 5 milyon dollar.

Amerikalı Hilari Roda, 5 milyon dollar.

Rusiyalı supermodel Natalya Vodyanova isə il ərzində 4 milyon dollar qazanıb.