Yayın qizmar çağında hər kəs öz istirahətini daha çox dəniz kənarında, çimərliklərdə keçirməyə üstünlük verir. Bu səbəbdən dünyanın ən maraqlı çimərliklərini sizə təqdim etməyi özümüzə borc bildik.
İspaniya - Kosta Brava


Kosta Brava İspaniyaniyada, Aralıq dənizinin şimal hissəsində yerləşir.

İqliminə görə burada çimərlik mövsümü iyun ayının əvvəlindən oktyabr ayınadək davam edir.

Kosta Bravanın mənzərəli buxtaları və qızıl qumlu çimərlikləri bura gələnləri valeh edir.

Burada su idmanı, xüsusilə də dayvinq geniş yayılıb.
Vyetnam - Dananq və ya Çin çimərliyi
Asiyanın ən məşhur çimərliyindəki lqunlar (dənizdən ayrılmış göllər), təmtəraqlı bağlar, ekzotik güllər və meyvə ağacları əraziyə başqa gözəllik verir.
SPA xidməti ilə tanınan otellər, dəniz məhsullarından hazırlanan xörəkləri ilə seçilən restoranlar istirahət edənlər üçün olduqca əlverişlidir.

Dananqdan bir qədər aralıda dünyanın ən uzun kanat yolu yerləşir.

Bir sözlə, qeyri-adi təbiət gözəlliyi görmək istəyənlər bu çimərliyi seçə bilərlər.
Avstraliya: Bayron Bay

Çimərlik yazıçı Bayronun şərəfinə belə adlandırılıb. Bu çimərlik dünyanın ən məşhur çimərliklərindən sayılır.

Burada delfinlər, müxtəlif balıqlar və dəniz heyvanları var.

Dünyanın hər yerindən turistlər məhz bu heyvanları görmək arzusu ilə buraya gəlirlər. İl ərzində çimərliyə iki milyondan artıq insan axını olur.

Ərazidə müxtəlif musiqi festivalları, həmçinin sörfinq, kaytinq üzrə çempionatlar da keçirilir.
Kuba - Playa Esmeralda
Kubanın təbii gözəlliyi ilə fərqlənən ərazilərindən olan bu çimərlik “zümrüdlü sahil ” kimi də tanınır. Sahildən 900 m uzaqlıqda yerləşən və mərcanlar məskəni olan adalar dayverlər üçün əsas mərkəzlərdən hesab edilir.

Xüsusi macəra axtaranlar üçün çimərliyin yaxınlığında park da tikilib. Burada insan əli dəyməyən və heç bir dəyişikliyə məruz qalmayan, vəhşi heyvanların yaşadığı təbii zonalar da mövcuddur.

Dağ çayları, şəlalələr və göllərin altında yerləşən mağaralar təbiət vurğunlarını özunə məftun edir.
İspaniya-Gulpiyuri
Sahildən quruya doğru irəlilədikcə yaşıllıqların arasında “mavi möcüzə" ilə qarşılaşmaq istəyirsinizsə, ölkənin Lianes şəhərindəki Gulpiyuri çimərliyini seçməlisiniz. Bu çimərlik dəniz suyunun qayaların ortasından açdığı tunellərdən gələn su ilə yaranıb.

Suyu cox soyuq, həm də duzludur. İspaniyaya gələn turistlər bu qeyri-adi çimərliyi görmədən gedə bilmirlər. Əsrarəngiz gözəlliyi ilə fərqlənən Gulpiyuri zəngin flora və fauna aləminə malikdir.

Buranın yaşıllıqları insanı valeh edir.Çimərlik sahildən 100 metr aralıda yerləşir.
Koliforniya-Şüşə çimərlik
Bu çimərliyin tarixi isə lap qəribədir. Çimərlik Koliforniyanın Fort Brag şəhərində yerləşir. Bu sahil təbiət yox, insanlar tərəfindən yaranıb. Əvvəllər buradan zibillik kimi istifadə olunurdu.

Lakin sonradan dövlət zibilliklərə qərq olan bu sahili möhtəşəm çimərliyə çevirmək qərarına gəlib. İllər keçdikcə dalğalar sahili zibillərdən təmizləyib və bu mənzərə yaranıb. Burada müxtəlif musiqi festivalları kecirilir. Həftə sonları isə bir başqa cür yadda qalan olur. Belə ki, burada təşkil olunan “Xatirə günləri” adlı ingilislərin dili ilə desək, ”weekend”lər cox əyləncəli keçir.
Aytən Sadıqzadə
www.oxu.az