“Forbes” jurnalı dünyanın ən gənc self-made milyarderlərinin reytinqini açıqlayıb.
Oxu.Az-ın məlumatına görə, ilk pillədə “Stripe” onlayn ödəniş sisteminin həmtəsisçisi 26 yaşlı Con Kollison qərarlaşıb.
Reytinqin yeni lideri “Snapchat”ın həmtəsisçisi Evan Şpiqeldən yaşca cəmi iki ay kiçikdir. E.Şpiqel 2015-ci ildə birinci olmuşdu, hazırki siyahıya əsasən isə, o ikinci pilləyə düşüb.
Nəşr qeyd edir ki, hazırda dünyada 30 yaşdan kiçik dörd self-made milyarder var. Üçüncü və dördüncü yerlərdə 28 yaşlı Patrik Kollison (Conun qardaşı) və “Snapchat”ın həmtəsisçisi Bobbi Merfi qərarlaşıblar. “Forbes” nəşrinin hesablamalarına əsasən, Kollins qardaşlarının hər birinin sərvəti 1,1 milyard dolları keçib.
Ötən həftə “CapitalG” (Google şirkətinin investisiya müəssisəsi — Alphabet) və “General Catalyst Partners” şirkətləri “Stripe” şirkətinə 150 milyon dollar yatırım ediblər. Bundan sonra şirkətin San-Fransiskoda yerləşən baş qərargahı ilə birlikdə dəyəri 9,2 milyard dollara qədər bahalaşıb (2015-ci ilin iyul ayında “Stripe” 5 milyard dollar dəyərində qiymətləndirilirdi).
Kollins qardaşlarına “Stripe” şirkətinin 30 faizi məxsusdur.
S.B.
www.oxu.az