Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Dünyanın ən məşhur solaxayları - FOTO
Statistikaya əsasən, dünya əhalisinin təxminən 10 faizi solaxaydır.
İlk Beynəlxalq Solaxaylar Günü (International Lefthanders Day) 1990-cı ildə yaradılan Britaniya Klubunun təşəbbüsü ilə 13 avqust 1992-ci il tarixində keçirilib. Həmin gündən etibarən milyonlarla insan bu simvolik bayramı qeyd edir.
Əvvəllər sol əllə yazanları bu adətlərindən çəkindirməyə çalışırdılarsa, zəmanəmizdə sübut olunub ki, solaxaylar, adətən, yaradıcı insanlardır. Bəziləri hətta şüurlu şəkildə sol əllə işləməyə çalışır.
Son onilliklər ərzində bütün dünyada solaxayların sayının artıması müşahidə olunur. Bunun səbəbi hələ məlum deyil. Bəziləri hesab edir ki, solaxaylar onlarla aparılan gizli müharibədə sonda qalib gələcəklər, lakin bu, bəşəriyyətin xeyrinə olacaq.
Ən məşhur solaxaylar:
Culiya Roberts
Kembric şahzadəsi Uilyam
Ancelina Coli
Birləşmiş Ştatların 44-cü Prezidenti Barak Obama
Nikol Kidman
Televiziya aparıcısı və ictimai xadim Opra Uinfri
"Forbes" nəşriyyat evinin başçısı Stiv Forbs
Skarlett Yohansson
ABŞ-ın 38-ci Prezidenti Cerald Ford
Böyük Britaniyanın keçmiş Baş naziri Uinston Çörçil
ABŞ-ın 40-cı Prezidenti Ronald Reyqan
İsrailin Baş naziri Binyamin Netanyahu
ABŞ-ın 43-cü Prezidenti Corc Uoker Buş
Siyahını davam etdirmək də olar: Makedoniyalı İsgəndər, Aristotel, Leonardo da Vinçi, Mikelancelo, İsaak Nyuton, Napoleon Bonapart, Horatsio Nelson, Albert Eynşteyn, Fidel Kastro, Pikasso, Çarli Çaplin, Merilin Monro, Pol Makkartni, Bil Geyts, Harri Kasparov və b.