Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Əfsanəvi Hacı Muradın cənazəsi Qaxdan Dağıstana aparılacaq
İmam Şamilin naibi (köməkçisi) məşhur Hacı Muradın cənazəsi Qaxdan Dağıstana aparılacaq və təkrar dəfn olunacaq.
Risuya KİV-lərinin məlumatına görə, dəfn mərasimi iyunun 2-də Hacı Muradın doğma kəndi – Xunzaxda baş tutacaq.
Təşkilatı komitənin sədri Məhəmməd Əmirxanov bildirib ki, söhbət qəhrəmanın məhz Azərbaycanda 1852-ci ildə bastırılan qalıqlarından gedir.
O həmçinin bildirib ki, Hacı Muradın bədən sümükləri ilə birlikdə Sankt-Peterburqun Kunstkamerasında saxlanılan başı da dəfn oluna bilər. Hələlik bu məsələ müzakirə mövzusudur.
Öncə Hacı Muradın varisləri onun cənnazəsini doğma torpağa tapşırılmasını dəfələrlə tələb ediblər.