Günəş batareyalarından və hidrogen yanacaq sistemindən enerji alan xüsusi layihələndirilmiş yaxta dənizə çıxarılıb.
Oxu.Az Life.ru-ya istinadən xəbər verir ki, yalnız günəş, külək və su enerjisindən istifadə edən, tamamən elektrik enerjisi ilə çalışan “Energy Observer” katamaranı dünya səyahətinə çıxacaq.
30 metrlik “yaşıl” katamaran – yeni tarixdə zərərli tullantıları sıfır səviyyəsində olan ilk yaxtadır.
Ekoloji dünya səyahəti 50 ölkədən keçəcək. Səyahət altı ilə qədər çəkə bilər.
S.S.
www.oxu.az