Dünya şöhrətli ELLE jurnalının rus dilində internet versiyası Bakının maraqlı və görməli məkanları haqqında material dərc edib.
Nəşr Bakıda olarkən 10 yeri mütləq görməyi tövsiyə edib.
Bu siyahıda Bakının artıq simvoluna çevrilən müasir tikililər “Alov qüllələri” (Flame Towers), Heydər Əliyev Mərkəzi, eləcə də UNESCO-nun Dünya irsi siyahısına daxil edilmiş tarixi abidələr – Qız Qalası, İçəri Şəhər də var.
Oxucuların diqqətinə ELLE jurnalının versiyasına görə Bakının ən görməli məkanlarının siyahısını təqdim edirik:
1. Flame Towers

2. Heydər Əliyev Mərkəzi

3. Qız Qalası

4. BENTLEY’S Barı

5. Salahov Muzeyi

6. Xalça Muzeyi

7. CHİNAR restoranı

8. İçəri Şəhər

9. Opera və Balet teatrı

10. YAY qalereyası
