Ən bahalı futbolçunun adı açıqlandı.
Oxu.Az rus KİV-nə istinadən xəbər verir ki, Argentina forvardı Lionel Messinin “Barselona” ilə müqavilənin uzadılmasına dair danışıqlar başa çatıb, bu barədə ispan futbol klubunun rəsmi səhifəsində bildirilib.
Yeni müqaviləyə əsasən futbolçunun illik məvacibi 20 milyon avro olub. Əvvəl isə oyunçu 13 milyon avro alırdı.
Bundan başqa, Messi Türkish Airlines şirkəti ilə şəxsi reklam müqaviləsini də pozmalı olacaq, belə ki, “Barselona”nın sponsoru Qatar Airways-dir.
Beləliklə, ən bahalı dünya futbolçuları arasında Messi birinci yerə çıxıb.
İkinci yerdə 18 milyon avro qazanan, “Real”ın futbolçusu Kriştiano Ronaldo olub. Üçüncü yerdə illik 12 milyon avro gəlir ilə Tiaqo Silvadır.
Havi və Andres İnyesta isə ildə 8 milyon avro alırlar.