“Air France” aviaşirkətinin stüardessaları “BS Aeronautics” internet-portalı tərəfindən tərtib edilən “ən gözəl stüardessalar”ın reytinqində birinci olublar. İkinci yerdə “Singapore” Airlines, 3-cü isə Rusiyanın “Aeroflot” şirkətinin işçiləri yer alıblar.
Oxu.Az xəbər verir ki, reytinq “BS Aeronautics” redaksiyasının şəxsi seçimləri əsasında tərtib edilib. Ekspertlər stüardessaların xarici görünüşü ilə yanaşı, onların zərifliyini və geyim üslubunu da nəzərə alıblar. Məsələn, qalib Air France şirkətinin stüardessalarının “model görünüşü” və fransız dizayneri Kristian Lakruanın forması qeyd edilib.
10 ən cəlbedici stüardessalara malik aviaşirkətlərin siyahısı belədir:
1. Air France (Fraansa);
2. Singapore Airlines (Sinqapur);
3. Aeroflot (Rusiya);
4. Kingfisher Airlines (Hindistan);
5. Cathay Pacific (Honq Konq);
6. Emirates (Dubay);
7. Air Asia (Malayziya);
8. Lufthansa (Almaniya);
9. Thai Airways International (Tailand);
10. Virgin Atlantic (ABŞ).