Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin gücləndirilməsi iş yerlərində əmək haqları və digər sosial xarakterli ödənişlərin gecikdirilməsi hallarının da azalmasına səbəb olub.
Bu barədə Oxu.Az-a ƏƏSMN məlumat verilib.
Nazirliyin məlumatına görə, 2015-ci ilin 3 ay ərzində nazirliyin həyata keçirdiyi dövlət nəzarəti və vətəndaş müraciətlərinin araşdırılması zamanı ümumilikdə 103,481 min manat məbləğində sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyi aşkar edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 32,7% azdır. Həmin məbləğin 75,841 min manatı (73,2%) əmək haqlarından, 5,44 min manatı (5,2%) zərərə görə ödənclərdən, 22,2 min manatı (21,4%) isə sosial müavinət və kompensasiyalardan ibarət olub.
Qeyd edək ki, gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin olunub.
Ülviyyə R. Əli
www.oxu.az