Mərakeşdə keçirilən iqlim dəyişmələri konfransı çərçivəsində, yerli mühəndis İmad Mürşid 100 faiz ekoloji təmiz, elektrik mühərriki ilə çalışan avtomobil təqdim edib. Mərakeşdə və ərəb dünyasında ilk dəfə hazırlanmış bu tip avtomobilin adı “Jadeite”dir.
Oxu.Az bu barədə AZƏRTAC-a istinadla xəbər verir.
Mühəndis yerli mətbuata məlumat verib ki, müəllifi olduğu avtomobil 650 at gücünə malikdir və saatda 320 kilometr sürətlə hərəkət edə bilər. Bunun müqabilində avtomobilin batareyalarını tam doldurmağa 3 saat kifayətdir.
A.S.
www.oxu.az