Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Erkən ölümün yeni əlamətləri aşkarlanıb
Fransanın Tuluza Universitetinin alimləri müəyyən ediblər ki, alında dərin qırışların erkən yaranması ürək-damar xəstəliklərindən ölüm riskinin yüksək olması anlamına gələ bilər.
Oxu.Az xəbər verir ki, bununla “MedicalXpress”in press-relizində məlumat verilib.
20 il davam edən uzunmüddətli araşdırmalarda yaşları 32-62 olan 3,2 min sağlam insan iştirak edib. Könüllülər alındakı qırışların sayına uyğun olaraq bölünüblər. Qırışı olmayan şəxslər sıfır bal, çoxlu qırışı olanlar isə üç bal qazanıblar.
Araşdırmalar müddətində 233 insan müxtəlif səbəblərdən vəfat ediblər. Onlardan 15,2 faizinin iki və daha çox qırışı, 6,6 faizinin bir qırışı olub, 2,1 faizinin isə alnında qırış olmayıb. Bununla yanaşı, qırışların sayının ürək-damar xəstəliklərinin inkişafı ilə bağlı olduğu müəyyən edilib.
"Fransa" teqi üzrə xəbərlər
- Fransadan rüsvayçı addım: Xamenei, Putin və Kim Çen Inın təsvirləri təhqir edildi
- Fransada terror qorxusu: Təhlükəsizlik tədbirləri gücləndirildi
- Fransada fermerlər ayağa qalxdılar, qonşu ölkələrə gedən yollar bağlandı
- Ölü "Vaqner"in laxlatdığı taxt: "Fransa böyük dövlət statusunu itirəcək"
- Fransa həbsxanasında insanları girov götürən şəxs təslim oldu