Uruqvayı təmsil edəcək erməni model Coanna Riva Karapetyan “Miss Universe Uruguay-2014” gözəllik müsabiqəsində qalib gəlib.
Oxu.Az erməni mətbuatına istinadən xəbər verir ki, Riva əvvəllər “Miss Tourism Uruguay-2008” müsabiqəsinin qalibi olaraq Malayziyada keçirilən “Miss Tourism International-2008” müsabiqəsində də iştirak edib.
Qeyd edək ki, Riva Braziliyada keçiriləcək “Miss Universe-2014” müsabiqəsində Uruqvayı təmsil edəcək.
Aytən Sadıqzadə
www.oxu.az