Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Erməni qız “Odnoklassniki” məhkəməyə verir
“Odnoklassniki” sosial şəbəkəsi məhkəməyə verilib.
Oxu.Az xəbər verir ki, erməni Asmik Akopyan adlı bir qız Moskvanın Savelov rayon məhkəməsində sosial şəbəkə haqqında 1 milyon rubl (21 min manat) dəyərində iddia qaldırıb.
Akopyan bildirib ki, “Odnoklassniki”də paylaşdığı şəklin altında naməlum istifadəçi təhqiredici şərhlər yazıb.
Saytın adminstratoru isə həmin şəxsi tapmaqdan imtina edib. Bundan sonra Akopyan şərh yazan şəxsin tapılması üçün polisə müraciət edib. Lakin polis onun müraciətini qəbul etməyib.
Ona görə də Asmik Akopyan sosial şəbəkəni məhkəməyə verib.
“Asmik Akopyanın tələbləri “Odnoklassniki” şəbəkəsinin hansısa yolla onun şərəf və ləyaqətini alçaldan fikirlərin yayılmasına şərait yaratması ilə bağlı deyil. İddia ona görə qalıdırlıb ki, “Odnoklassniki” qızın tələbi ilə onu söyən şəxsin İP-ünvanını təqdim etməyib. Hazırkı qanunvericiliyə görə, İP-ünvan yalnız polisin yaxud məhkəmənin tələbi ilə verilə bilər”, - deyə, sosial şəbəkədən bildiriblər.