Dünən Bakıda evli kişi otellərdən birində əylənməyi qərara alıb, bu gün isə tamamən məyus olub. Sabunçu rayonunda qarət hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, Vesti.Az-a bu barədə Sabunçu rayon Polis İdarəsindən bildiriblər.
Səhər 14-cü Polis Bölməsinə İlyas Məmmədov (ad etik normalara görə dəyişdirilib) müraciət edərək bildirib ki, bu gecə müəyyən məbləğ müqabilində onunla gecə keçirəcək fahişə ilə tanış olub. Cütlük bərabər Bilgəh qəsəbəsində yerləşən məşhur otellərdən birinə gedib.
Ehtiraslı gecədən sonra Məmmədov uşaq kimi yuxuya gedib. Oyandıqda isə tərəf müqabilini yanında görməyib. Bundan başqa, onun həm də 1000 manat pulu və mobil telefonu da oğurlanmışdı. Fahişə onu qarət edib.
Qarətdə şübhəli bilinən qadının kimliyi müəyyən edilməyib. Bu istiqamətdə iş aparılır. Qeyd edək ki, fahişələrin müştəriləri soyması hadisələri tez-tez rastlanan haldır.