Armine Xaçatryan, Lenardo da Vinçinin əsərlərini təhlil etdikdən sonra sensasiyalı açıqlama edib.
Oxu.Az NTV teleşirkətinə istinadən xəbər verir ki, erməni rəssamı məşhur italiyalının erməni kökənli olduğunu iddia edir.
Arminenin sözlərinə görə, Yüksək İntibah-ın təməlini qoyan rəssam öz əsərlərində erməni dilində gözə çarpmayan yazılar qoyurmuş. Rəssamın şah əsərlərinin illüstrasiyalarında Armine dahinin şifrələnmiş qeydlərini tapıb.
Xaçatryan dahi rəssamın hər bir ştrixini təhlil etməyə çalışıb və praktiki olaraq bütün əsərlərində, öz əcdadlarının dilində yazılar qeydə alıb. Bu isə ona Cakondanın təbəssümünün sirrini özünəməxsus şəkildə açmasına yardım edib.
Armine Xaçatryan: “O, düz alnında “utancaq” yazılıb, o utancaqlardandır, amma erməni dilindədir”.
Gözlənilməz ixtira keçmiş rəsm müəlliməsini ruhlandırıb. O, yerli hakimiyyətdən onun çıxarışlarının təkzib və ya təsdiq edilməsini xahiş edib, amma əyalətin mədəniyyət idarəsində tədqiqatçının hipotezasını təsdiq etməyə hazır olmadığını, belə sensasiyanı yalnız Rusiya Elmlər Akademiaysının aydınlaşdıra biləcəyini söyləyiblər.
Lipesk sənətşünasları Armineyə ümid verməyiblər – Leonardonun əsərlərində bütün yazıların şifrəsi çoxdan açılıb, onların hamısı italyan dilində edilib.
Armine isə iddia edir ki, öz ehtimallarını sübut etməyə hazırdır. “Madonna Benua” əsərində o körpənin ayağında – “dəcəl anasının əlini tutarkən sakitləşir” ifadəsini oxuyub.
Xaçatryanı yalnız bir şey narahat edir – onun hərf kimi gördükləri sadəcə fotosurətdə olan çat və ya ləkə ola bilər, original əsərin özünü tədqiq etmək lazımdır. Bu isə Armine üçün əlçatmaz arzudur, Sankt-Peterburqa getmək üçün onun bilet almaq üçün pulu yoxdur.