Kanadalı ifaçı Castin Biber 2026-cı il futbol üzrə dünya çempionatının final oyununun fasiləsində çıxış edəcək.
Oxu.Az bildirir ki, bu barədə Beynəlxalq Futbol Federasiyasının (FIFA) mətbuat xidməti təşkilatın rəsmi saytında məlumat yayıb.
Sənətçi artıq ABŞ-li müğənni Madonna, kolumbiyalı ifaçı Şakira və Cənubi Koreyanın pop qrupu "BTS"in yer aldığı çıxışçılar siyahısına qoşulub.
Qeyd edək ki, dünya çempionatı ABŞ, Kanada və Meksikada keçirilir. Turnir iyulun 19-da başa çatacaq, final matçı isə ABŞ-nin Nyu-Cersi ştatının İst-Raterford şəhərindəki "Metlayf" stadionunda baş tutacaq.