Çinin Sincan əyalətindəki hərbi kolleclərinin tələbələrindən biri yataqxanadakı otağında hama və tualeti o qədər yaxşı təmizləyib ki, hərbi kafedranın nümayəndəsi onun işini yoxlamağa gəldikdə gənc kafeli yalayaraq onun nə qədər təmiz olduğunu sübut edib.
Tribun News xəbər verir ki, bu hərəkətin şok edici fotoları Şəbəkədə yayılıb
Oxu.az xəbər verir ki, təhsil ocağında gigiyebna və nizam-intizama nəzarət edən serjant Çay Penq “Qayıdıb gələndə döşəmədən yemək yeyə bilinəcək qədər təmiz olmasını görmək istəyirəm” deyib.
Lakin görülən təmizlik işləri hərbi kollecin çavuşunu qane etməyib və o, görülən işlərin yenidən təkrarlanmasını istəyib. Müəyyən əraziyə cavabdeh olan çavuş bildirib ki, əks təqdirdə onları sərt cəzalandıracaq.
Çavuşun bu hikkəsindən narazılıq edən Ho adlı tələbə təmizlik işlərində qüsur olmadığını sübut etmək üçün ilginc yola əl atıb. O, yerə uzanaraq tualtedəki unitazı və kafel döşəməni yalamağa başlayıb. Tələbənin bu hərəkəti sosial şəbəkələrdə müzakirə obyektinə çevrilib.
Bir çox jurnalistlər yazır ki, çin kolec və ali məktəblərində sərt nizam-intizam qaydaları qeyri-adi hesab edilmir. Çox zaman yatqxanada təmizliyə hərbçilər nəzarət edir, tələbələr isə onlara sözsüz tabe olurlar.