2014-cü ildə Azərbaycanda 5 mlrd. 225,8 mln. manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib ki, bu da 2013-cü ilin göstəricisindən 2,6% azdır.
Bu barədə Oxu.Az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Statistik məlumatlara görə, hesabat ilində heyvandarlıq məhsullarının istehsal həcmi 3% artıb. Bundan başqa, 505,5 min ton ət (artım 1,7%), 1 mln. 855,8 min ton süd (artım 3,3%), 1 mlrd. 562,7 mln. ədəd yumurta (artım 11,5%) və 16,8 min ton yun (artım 1,6%) istehsal edilib.
Qeyd edək ki, 2014-cü ildə quşçuluq fabriklərində 85,3 min ton quş əti (artım 16,4%), 703,3 mln. ədəd yumurta (artım 25,3%) istehsal olunub. Ümumilikdə ötən il quşçuluq fabriklərində quşların sayı 41,1% artaraq 11,6 mln.-u ötüb, hər toyuqdan orta hesabla 227 ədəd yumurta alınıb.
www.oxu.az